Möminlərin ən üstünü kimdir?

Möminlərin ən üstünü kimdir?
20:57 9 Oktyabr 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurub: "Əbu Bəkr və Ömər əvvəlki və sonrakı nəsillərdən Cənnətdə sakin olacaq yaşlı­lar arasında ən hörmətli kim­sə­lər olacaqlar. Yalnız peyğəmbərlər və elçilər müstəs­nadır". (ət-Tabərani "Mucəmul-Kəbir" 257). Möminlərin ən fəzilətlisi Əbu Bəkr əs-Siddiq, sonra Ömər ibn əl-Xəttab, sonra Osman ibn Əffan, sonra Əli ibn Əbu Talibdir (Allah onların hamısından razı olsun). Amma ümumiyyətlə hansı möminin üstün olmağı haqda Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) buyurur: "İslamda sizin ən xeyirliniz (şəriəti) ba­şa düşüb əxlaqı ən gözəl olanınızdır" (İmam Əhməd, 2/ 467).
Milli.Az zikr.az-a istinadən bildirir ki, bir gün Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: "Sizə ən xeyirliniz barədə xəbər verimmi?" (Səhabələr): "Bəli!"- deyə cavab verdilər. O dedi: "O kəslər ki, onları görəndə Allah yada düşər! Sizə ən pisiniz barədə xəbər verimmi?" Onlar: "Bəli!"- deyə cavab verdilər. O dedi: "Söz gəzdirənlər, dostların arasını vuranlar, günahsız insanları çətin­liyə salanlar". (əl-Buxari "Ədəbul-Mufrad" 323).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "...Həqiqətən, insan­ların ən xeyirlisi borcunu ən yaxşı tərzdə qaytarandır". (Muslim, 4192).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Yer əhlindən Uca Allaha məxsus olan qablar vardır. Rəbbinizin qabları Onun əməlisaleh qullarının qəlbləridir. Onlardan Allaha ən sevimli olanı isə ən yumşaq və zərif olanıdır". (Səhih əl-Cəmi, 2163).

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR