Prezidentin qızı və ailəsi qeyri-adi yarışda - FOTOLAR

Prezidentin qızı və ailəsi qeyri-adi yarışda - FOTOLAR
21:18 9 Oktyabr 2016
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda Heydər Əliyev Mərkəzinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə "Red Bull Sopboks” yarışı keçirilib. Yarışı izləyənlər arasında Arzu Əliyeva və ailə üzvləri də olub.

Yarışın qalibi adına "Anqri Bördz" ("Acıqlı Quşlar") komandası layiq görülüb. "Aviators" komandası II, "Bull&Ko" isə III yeri tutub.

Yarışmanın münsiflər heyətinə Azərbaycanın şou-biznes və incəsənət aləminin tanınmış simaları daxil idi. Münsiflər heyəti iştirakçıları yaradıcılıq və startdan öncə qurduqları səhnəciklər əsasında qiymətləndirib. Digər bir meyar isə arabanın finişədək bütün maneələri dəf edərək çatdığı vaxt olub.

“Red Bull Sopboks” yarışları bütün dünyada şəhər yollarında keçirilir və komandalar yerli həvəskarlardan təşkil olunur. Yarışda 44 komanda öz dördtəkərli arabaları ilə iştirak edir. Arabalar heç bir texniki vasitə olmadan, yalnız insanın fiziki qüvvəsi ilə hərəkətə gətirilir.

Qeyd edək ki, ilk belə yarış 2000-ci ildə Belçikada təşkil edilib. O vaxtdan bəri bu yarış dünyanı fəth edərək 100-dən çox ölkədə keçirilib və böyük tamaşaçı rəğbəti qazanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/171525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR