Arzu Əliyeva ailəsi ilə yarış izlədi - fotolar

Arzu Əliyeva ailəsi ilə yarış izlədi - fotolar
21:31 9 Oktyabr 2016
288 Şou
Ölkə mətbuatı
A- A+

Oktyabrın 9-da Bakıda Heydər Əliyev Mərkəzinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə “Red Bull Soapbox” yarışı keçirilib.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, yarışı izləyənlər arasında Arzu Əliyeva və ailə üzvləri də olub.

Yarışın qalibi adına “Angry Birds” komandası layiq görülüb. “Aviators” komandası ikinci, “Bull & Co” isə üçüncü yeri tutub.

Münsiflər heyətinə Azərbaycanın şou-biznes və incəsənət aləminin tanınmış simalarının daxil olduğu yarışda iştirakçılar yaradıcılıq və startdan öncə qurduqları səhnəciklər əsasında qiymətləndirilib. Digər bir meyar isə arabanın finişədək bütün maneələri dəf edərək çatdığı vaxt olub.

“Red Bull Soapbox” yarışları bütün dünyada şəhər yollarında keçirilir və komandalar yerli həvəskarlardan təşkil olunur. Yarışda 44 komanda öz dördtəkərli arabaları ilə iştirak edir. Arabalar heç bir texniki vasitə olmadan, yalnız insanın fiziki qüvvəsi ilə hərəkətə gətirilir.

İlk “Red Bull Soapbox” yarışı 2000-ci ildə Belçikada təşkil edilib.










Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58981

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR