Allah-təala səmimi qəlbdən tövbə edilmiş bütün günahları bağışlayar inşaAllah. Hətta tövbə edilməmiş günahların da bir hissəsi bağışlana bilər və ya başqa savablar həmin günahları silə bilər. Yalnız Allaha şərik qoşmaq - əgər tövbə edilməsə - bağışlanmaz. Bu barədə Quranda buyurulur: "Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur" (Nisa, 48).
Milli.Az islam.az-a istinadən bildirir ki, bağışlanmaz günahlardan biri də başqa adamın haqqına təcavüz etmək və ondan halallıq almamaqdır (buna "həqqün-nas" deyirlər). Bu cür günahı bağışlamaq ixtiyarını heç Allah da öz üzərinə götürməz. Yalnız məzlum şəxs halallıq versə, bu günah bağışlanar.
Milli.Az