Klintonla Tramp yenə üz-üzə gəlir

Klintonla Tramp yenə üz-üzə gəlir
22:12 9 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da prezidentliyə Demokrat namizəd Hillari Klinton və onun Respublikaçı rəqibi Donald Tramp bu gün ikinci dəfə teledebatda üz-üzə gələcəklər.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, onlar arasında keçirilən və əsasən xanım Klintonun qələbəsi ilə başa çatdığı bildirilən ilk debatdan bəri Tramp seçicilərin bəzi narahatlıqları ilə mübarizə aparmalı olub. Narahatlıqlar arasında onun uzun illər federal vergi ödəməməsi əsas yer tutub. Ancaq cümə günü 2005-ci ildə Trampın qadınlar barədə nalayiq sözlər söyləməsini göstərən videonun yayılması digər məsələləri kölgədə qoyub.

Klintona gəldikdə isə ABŞ tarixinin ilk qadın namizədi Wikileaks-in açıqladığı yeni şərhlərə aydınlıq gətirməlidir. Yəni sənədlər göstərir ki, ticarət və Uol Stritlə sövdələşmələr zamanı Hilliari Klinton fərqli düşüncələrə sahib olsa da ictimai şəkildə tam fərqli mövqe ortaya qoyub.

İctimai rəy sorğuları göstərir ki, amerikalıların çoxu onun etibarlılığını və səmimiliyini sual altına alır. Bu sorğular hamısı Wikileaks-in yeni sənədləri açıqlamasından öncə keçirilib.

Bugünkü debat Klinton üçün özünü "prezident kimi gəstərə bilmək" imkanıdır. Rəqibi onu uzun zamandır prezident görünüşü olmamaqda ittiham edir.
Townhall adlanan formatda keçəcək bu debat zamanı moderatorla yanaşı, prezidentliyə namizədlərə auditoriyadan da səslərini kimə verəcəklərini müəyyən etməmiş seçicilər sullar verəcək. Debat Missuri ştatının St. Liuz şəhərindəki Vaşinqton Universitetindən keçiriləcək.

İlk debat zamanı Hillari Klintonun Donald Trampı müdafiə vəziyyətində qoyması və ona ABŞ-ın siyasi ənənəsinə görə vergilərini açıqlamaqdan imtina etməsi, qadınlara münasibətdə təhqiramiz ifadələr işlətməsi və prezident Barak Obamanın Keniyada anadan olduğu və buna görə də ABŞ vətəndaşı olmadığına dair saxta iddianı təsdiq etməyə çalışması ilə bağlı meydan oxuması onun qələbəsi hesab edilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR