OPEC görüşü: İraq və İran "iştirak etməyəcək"

OPEC görüşü: İraq və İran "iştirak etməyəcək"
22:22 9 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

İranın və İraqın neft nazirləri Türkiyədə OPEC-ə üzv olan və olmayan ölkələrin planlaşdırılan görüşünə qatılmayacaq, Reuters öz mənbələrinə əsasən yazır.
OPEC mənbələri və Rusiyanın enerji naziri cümə axşamı bildirib ki, bu iki ölkənin nümayəndələri OPEC-in İstanbul görüşündə iştirak edə bilər.
Milli.Az BBC-yə istinadən bildirir ki, quruma üzv ölkələr sentyabrın 28-də neft hasilatına məhdudiyyət qoyulmasına dair razılığa gəlib. İndi onlar Rusiya kimi qeyri-OPEC ölkələri ilə neft qiymətlərini stabil saxlamaq məqsədilə əməkdaşlıq etmək istəyir.
Dünya Enerji Konqresi çərçivəsində baş tutacaq görüşlərin formatının bir masa arxasında toplantıdan daha çox ikitərəfli müzakirələr formasında olacağı güman edilir.
Lakin müzakirələrdən hansısa yekun qərar gözlənilmir.
Görüşdə Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Venesuela və OPEC-ə prezidentlik edən Qatarın iştirakı dəqiqdir.
OPEC nazirlərinin növbəti görüşü noyabrın 30-da Vyanada baş tutmalıdır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR