“Təlbiyə” sözünün mənası nədir?

“Təlbiyə” sözünün mənası nədir?
22:42 9 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu sözün tərcüməsi "itaət etmək, boyun əymək, əmri yerinə yetirmək" mənasını verir. Termin olaraq, həcc və ümrə ziyarəti zamanı ehram bağlayan şəxsin bu zaman dediyi sözləri də təlbiyə adlandırırlar. Həmçinin, təvaf zamanı da təlbiyə söyləmək müstəhəbdir. Milli.Az islam.az-a istinadən bildirir ki, təlbiyənin ərəbcə deyilişi və tərcüməsi belədir: "Ləbbeyk Allahümmə ləbbeyk. La şərikə ləkə ləbbeyk. İnnəl-həmdə vən-nimətə ləkə vəl-mülk la şərikə ləkə ləbbeyk". Tərcüməsi: "Allahım, həmişə Sənin əmrindəyəm. Sənin şərikin yoxdur. Əmrindəyəm, ey Allahım! Bütün həmdü sənalar və şükürlər Sənədir. Mülk sahibi Sənsən. Sənin şərikin yoxdur. Əmrindəyəm, Allahım".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR