Saatsazlara müraciət edənlərin sayı azalıb VİDEO

Saatsazlara müraciət edənlərin sayı azalıb  VİDEO
22:48 9 Oktyabr 2016
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Hazırda mobil telefonlarda və digər elektron cihazlarda saat var. Bu səbəbdən də qol saatı taxanların sayı xeyli azalıb. Nəticədə onu təmir edən saatsazlara da az-az hallarda rast gəlinir. Onlardan biri də Tovuzda yaşayan və ömrünün 30 ildən artığını bu sənətə həsr edən Mehman Əliyevdir. Saatsaz bu peşəyə marağın azalmasının səbəblərini danışıb.

Publika.az xezerxeber.com-a istinadən bildirir ki, saatsazlara müraciət edənlərin sayı kəskin şəkildə azalıb.

Müasir dövrdə telefon, kompüter və digər vasitələrdə vaxt göstəricisi olduğundan qol saatlarına maraq azalıb. Elə bu səbəbdən də adıçəkilən cihazı təmir edənlərin sayı da baramaqla sayılacaq qədərdir. Onlardan biri də Tovuz sakini olan və ömrünün 30 ildən artığını bu sənətə həsr edən Mehman Əliyevdir. Səhər saatlarından kiçik köşkündə insanlara xidmət göstərən 43 yaşlı usta sənətə marağın azaldığını və müracət edənlərin də əsasən orta yaşlı nəslin nümayəndələri olduğunu deyir. Gənc nəslin nümayəndələri isə daha çox elektron saatları təmir etdirirlər.

Müştərilər bəzən qiymətli, qızıldan olan əşyaları hər saatsaza etibar etmirlər. Bunu nəzərə alan usta isə onların işini gözləri önündə görür.

Mehman Əliyev nəsildən-nəsilə keçən bu sənəti övladlarına öyrədərək yaşadacağına ümid edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/171530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR