Ukrayna MDB-dən çıxmağa hazırlaşır

Ukrayna MDB-dən çıxmağa hazırlaşır
23:29 9 Oktyabr 2016
44 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna MDB tərkibindən çıxmaq məsələsini nəzərdən keçirir.

 

APA-nın xəbərinə görə, bunu “112 Ukrayna” telekanalına müsahibəsində Ukrayna xarici işlər naziri Pavel Klimkin bəyan edib.

 

“MDB tərkibindən çıxmaq məsələsini nəzərdən keçiririk. Bizim MDB dövlətləri ilə onlarla müqavilələrimiz mövcuddur. Misal üçün, diplomların qarşılıqlı tanınması, pensiya ödənişləri ilə bağlı. Ümid edirik ki, məsələlərin ayrı-ayrılıqda tənzimlənməsi bizə bu işi tamamlamağa imkan verəcək. Şəxsən mən MDB-dən çıxmağın ardıcıl tərəfdarıyam” deyə P.Klimkin bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256031

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR