Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi
02:44 10 Oktyabr 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

Məşhur Polşa rejissoru Anjey Vayda  90 yaşında dünyasını dəyişib.

 

APA-nın məlumatına görə, bu barədə  Polşa televiziyası xəbər verib.

 

Tanınmış Polşa kino rejissoru və prodüseri məşhur “Kanal”, “Kül və almaz”, "Günahsız sehrbazlar", “Pilat və digərləri” filmlərini lentə alıb.

 

A.Vayda  “Oskar” (2000-ci il) və “Sezar” (1982-ci il) mükafatına layiq görülüb, məşhur Kann, Venesiya və Berlin kinofestivallarının mükafatçısı olub.

 

Bu ilin sentyabrında rejissorun son filmi  “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar”ın siyahısına daxil edilib .


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256037

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR