UEFA azarkeşlərə görə Xorvatiya və Kosovonu cəzalandıra bilər

UEFA azarkeşlərə görə Xorvatiya və Kosovonu cəzalandıra bilər
04:57 10 Oktyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) azarkeşlərin davranışlarına görə Xorvatiya və Kosovonun analoji qurumlarını cəzalandıra bilər.
"Report" xəbər verir ki, buna Kosovo və Xorvatiya yığmaları arasında baş tutan 2018-ci il dünya çempionatının seçmə oyunu zamanı azarkeşlər tərəfindən anti-serb şüarlarının səsləndirilməsi səbəb ola bilər. Cəzanın dərəcəsi açıqlanmır.
Kosovo – Xorvatiya oyunu oktyabrın 6-da keçirilib və 0:6 hesabı ilə başa çatıb. Üç turdan sonra xorvatlar 7 xal ilə birinci, Kosovo isə 1 xal ilə qrupda sonuncu yerdə qərarlaşıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR