Ruslan Qurbanovun ilki

Ruslan Qurbanovun ilki
07:12 10 Oktyabr 2016
73 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin futbolçularından 3-ü DÇ-2018-in seçmə mərhələsinin II turunda iştirak edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, müdafiəçi Məhəmməd Mirzəbəyovla hücumçu Ruslan Qurbanov Azərbaycan millisinin heyətində Norveç yığması ilə Bakı Olimpiya Stadionunda keçirilən matçda əsas heyətdə meydana çıxıblar. Onlar yığmamızın San-Marinoda olduğu kimi, yenə 1:0 hesablı qələbəsində pay sahibləri olublar. 

11-ci dəfə millinin formasını geyinən Mirzəbəyov 90 dəqiqə meydanda olub. Yığmada 13-cü oyununu keçirən Qurbanov 80-ci dəqiqədə əvəzlənib. O, matçın 32-ci dəqiqəsində sarı vərəqə alıb. Yeri gəlmişkən, bu, millimizin nəinki oyunda, ümumiyyətlə, cari seçmə mərhələdə ilk və hələ ki yeganə "sarı"sı olub. Bu yerdə qeyd edək ki, Ruslan San Marinoda qələbə topuna imza atmaqla da bu seçmə mərhələdə ilk qolumuzun müəllifi kimi fərqlənmişdi. 
 
Xatırladaq ki, "Qəbələ"nin daha bir futbolçusu Sergey Zenyov DÇ-2018-in seçmə mərhələsində Bakıdakı oyundan 1 gün əvvəl keçirilən Estoniya - Cəbəllütariq matçının iştirakçısı olub. Start heyətində yer alan hücumçu komandasının 4:0 hesabı ilə qalib gəldiyi matçın 65-ci dəqiqəsində əvəzlənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR