Avtomobil aşıdı: sürücü öldü

Avtomobil aşıdı: sürücü öldü
09:17 10 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 54-cü kilometrliyində, Kürdəmir rayonunun Çöl ərəb kəndində qeydə alınıb.

Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Qinyaz Əlövsət oğlu Həmidovun idarə etdiyi "VAZ-2106" markalı minik maşını idarəetmədən çıxaraq, aşıb. Nəticədə ağır xəsarət alan sürücü Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR