Əmlak Məsələləri Dövlət Komitəsi noyabrda yeni özəlləşdirmə hərracı keçirəcək

Əmlak Məsələləri Dövlət Komitəsi noyabrda yeni özəlləşdirmə hərracı keçirəcək
09:52 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı noyabrın 8-də keçiriləcək növbəti hərracı elan edib.
Komitənin mətbuat xidmətindən “Report”a bildirilib ki, bu dəfə hərraca ümumilikdə 77 dövlət müəssisə və obyekti çıxarılacaq.
Bu dövlət əmlaklarının 26-sı özəlləşdirmə prosesi çərçivəsində yaradılan və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45%-ni təşkil edən, pambıqçılıq, kəndkimya, nəqliyyat, tikinti, emal və sair sahələrə aid səhmdar cəmiyyətləridir. Bu müəssisələr arasında “Azinterservis”, “Lənkəran Taxıl”, “Ağcəbədi Pamıq”, "Biləsuvar Pambıq", “Zaqatala Sənaye”, "Bərdə Dəmir Beton-9" və digərləri var. Hərraca cıxarılan səhmdar cəmiyyətləri Bakı şəhəri ilə yanaşı, Azərbaycanın bölgələrində yerləşir.
Eyni zamanda, hərraca 51 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb. Bu obyektlər sırasında Bakı şəhərinin ayrı-ayrı rayonlarında yerləşən və kiçik biznesin qurulması üçün əlverişli ola biləcək müxtəlif sahəli qeyri-yaşayış sahələridir. Bunlar sırasında 10 kv. metrdən başlayaraq 400 kv. metrədək olan obyektlər var. Bu obyektlərin hərrac qiymətləri 6,5 min manatdan 800 min manatadəkdir.
Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında isə Bakı şəhərinin müxtəlif rayonlarında, habelə Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, Şəki, Neftçala, Sabirabad rayonlarında yerləşən ictimai iaşə, xidmət və ticarət müəssisələri var.
İstənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər. Hərracda iştirak etmək üçün iştirakçı hüququnu əldə etmək kifayətdir. Bunun üçün Komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və onun regionla bölmələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində beh ödəmək kifayətdir.
Qeyd edək ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/emlak-meseleleri-dovlet-komitesi-noyabrda-yeni-ozellesdirme-herraci-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR