26 ASC satışa çıxarıldı

26 ASC satışa çıxarıldı
09:54 10 Oktyabr 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 8 noyabr tarixində keçiriləcək növbəti hərrac elan edilib. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu dəfə hərraca ümumilikdə 77 dövlət müəssisə və obyekti çıxarılıb.

 

Hərraca çıxarılan müəssisələrin 26-sı özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, kimya, nəqliyyat, tikinti, emal və sair sahələrə aid müəssisələr var. Səhmdar cəmiyyətləri arasında “Azinterservis”, “Lənkəran Taxıl”, “Ağcəbədi Pambıq”, “Biləsuvar Pambıq, “Zaqatala Sənaye”, ”Bərdə Dəmir Beton-9” kimi müəssisələrin adları var. Hərraca çıxarılan səhmdar cəmiyyətləri Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

 

Hərraca 51 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb. Bunlar Bakı şəhərinin ayrı-ayrı rayonlarında yerləşən və kiçik biznesin qurulması üçün əlverişli ola biləcək müxtəlif sahəli qeyri-yaşayış sahələridir. Onların sırasında 10 kvadrat metrdən başlayaraq 400 kvadrat metrədək olan obyektlər var. Bu obyektlərin hərrac qiymətləri 6500 manatdan 800 000 min manatadəkdir.

 

Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında isə Bakı şəhərinin müxtəlif rayonlarında, habelə Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, Şəki, Neftçala, Sabirabad rayonlarında yerləşən ictimai iaşə, xidmət və ticarət müəssisələri var.

 

Bu müəssisələrin özəlləşdirilməsində iştirak etmək istəyən şəxslər obyektlər barədə ətraflı məlumatları privatization.az portalından əldə edə bilər. Bu məlumatlara obyektlərin fotoşəkilləri, ünvanı, sahəsi və digər zəruri göstəricilər daxildir. Eyni zamanda hərraca çıxarılan əmlaklar barədə məlumatları komitənin rəsmi internet saytı vasitəsi ilə ətraflı məlumat əldə etmək mümkündür. Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbu orqanı olan «Mülkiyyət» qəzetində də dərc edilir.

 

Hərraclar açıq keçirilir və istənilən şəxs hərracda iştirak edərək əmlak sahibi ola bilər. Hərracda iştirak etmək üçün iştirakçı hüququnu əldə etmək kifayətdir. Bunun üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və onun regionla bölmələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində beh ödəmək kifayətdir. Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

 

Bununla yanaşı hərrac prosesi ilə tanış olmaq istəyən hər bir vətəndaş “açıq hərrac”larda iştirak edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256050

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR