Azərbaycan və Rusiya prezidentlərinin görüşü gözlənilir

Azərbaycan və Rusiya prezidentlərinin görüşü gözlənilir
10:03 10 Oktyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında ikitərəfli görüşün keçirilməsi gözlənilir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, görüşün İstanbulda keçirilən 23-cü dünya energetika konqresi çərçivəsində reallaşması nəzərdə tutulur.

Görüşdə əsasən enerji və digər sahələrdə əməkdaşlıq, regional münaqişələr və digər məsələlərlə bağlı müzakirələrin aparılması gözlənilir.

Xatırladaq ki, Prezident İlham Əliyev İstanbulda keçirilən 23-cü dünya energetika konqresində iştirak etmək üçün Türkiyədə səfərdədir. Oktyabrın 9-da İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevlə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş keçirilib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR