CNN-in sorğusu: Debatın ikinci mərhələsinin yekununa görə Hillari Klinton Donald Trumpa qalib gəlib

CNN-in sorğusu: Debatın ikinci mərhələsinin yekununa görə Hillari Klinton Donald Trumpa qalib gəlib
10:17 10 Oktyabr 2016
25 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton debatın ikinci mərhələsində Respublikaçılar Partiyasından olan rəqibi Donald Trampa qalib gəlib.
"Report" xəbər verir ki, bunu CNN telekanalının ORC şirkəti ilə birgə keçirdiyi sorğunun nəticələri göstərir.
Qeyd edək ki, teledebatın ikinci mərhələsi oktyabrın 9-da Vaşinqtondakı Sent-Luis universitetində keçirilib.
Aparılan sorğunun nəticələrinə görə, respondentlərin 57%-i müzakirələrdə H.Klintonun, 34%-i isə D.Trampın qalib gəldiyini bildirib.
Eyni zamanda, respondentlərin 63%-i bu mərhələdə Respublikaçılar Partiyasından olan namizədin ötən mərhələ ilə müqayisədə daha yaxşı çıxış etdiyini qeyd edib. Rəyi soruşulanların 21%-i əks mövqe nümayiş etdirib, 15% respondent isə D.Trampın çıxışında fərq görməyib.
D.Tramp isə öz növbəsində, teledebatların aparıcılarını H.Klintona cavab vermək üçün daha çox vaxt ayırmaqda ittiham edib.
H.Klinton və D.Tramp oktyabrın 19-da daha bir debata çıxacaq. ABŞ-da prezident seçkiləri isə noyabrın 8-də keçiriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR