Çexiya yığmasının kapitanı: "Azərbaycanla görüşdə Üstün tərəf olacağımıza əminəm"

Çexiya yığmasının kapitanı: "Azərbaycanla görüşdə Üstün tərəf olacağımıza əminəm"
10:22 10 Oktyabr 2016
86 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ "İrəli getməliyik. Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik". "Report"un məlumatına görə, bunu 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin III turunda Azərbaycan millisi ilə qarşılaşacaq Çexiya yığmasının müdafiəçisi Marek Suxi yerli mətbuata açıqlamasında deyib.
Yığmanın kapitanı qarşıdakı iki oyunun vacibliyini bildirib: "Növbəti oyunlarımızda evdə Azərbaycan və Norveç millilərini qəbul edəcəyik. Bu görüşlər bizim üçün çox vacibdir. İstəyirik ki, maksimum xal götürək. Azərbaycan son görüşdə Norveçi gözlənilmədən məğlub etdi. Ancaq bu komanda ilə görüşdə üstün tərəf olacağımıza əminəm".
Qeyd edək ki, oktyabrın 11-də C qrupunda keçiriləcək Çexiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/cexiya-yigmasinin-kapitani-azerbaycan-gozlenilmeden-norveci-meglub-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR