9 ayda 571 ölü, 1555 yaralı - DƏHŞƏTLİ STATİSTİKA

9 ayda 571 ölü, 1555 yaralı - DƏHŞƏTLİ STATİSTİKA
10:28 10 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu ilin 9 ayında respublikada baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Publika.az Baş Dövlət Yol Polisi İdarəsinin saytına istinadən xəbər verir ki, 2016-ci ilin 9 ayı ərzində respublika ərazisində 1499 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 571 nəfər ölüb, 1555 nəfər xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 164 fakt (9,9%), ölənlərin sayı 95 nəfər (14,3%), yaralananların sayı 191 nəfər (10,9%) azalıb.

Bakı şəhəri ərazisində 490 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 138 nəfər ölüb, 515 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, ölənlərin və xəsarət alanların sayı uyğun olaraq 110 fakt (18,3%), 37 nəfər (21,1%), 130 nəfər (20,2 %) azalıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,6%-i (579 hadisə, 222 ölüm, 630 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23%-i (346 hadisə, 160 ölüm, 310 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3%-i (164 hadisə, 39 ölüm, 202 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,8%-i (28 hadisə, 14 ölüm, 27 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol-nəqliyyat hadisələrinin 41%-ni (615) piyadaların vurulması təşkil edib, nəticədə 228 piyada həlak olub, 495-i yaralanıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 41 nəfər uşaq və yeniyetmə həlak olub, 137 nəfər yaralanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/171564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR