Bacısının əri ilə qaçan 14 yaşlı qızın ailəsində bədbəxt hadisə

Bacısının əri ilə qaçan 14 yaşlı qızın ailəsində bədbəxt hadisə
10:38 10 Oktyabr 2016
2006 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda qızı kürəkəni tərəfindən qaçırılan Məmmədrzalı kənd sakini Ramil Yusubov infrakt keçirib.

Bu barədə R.Yusubovun qardaşı Rahim Yusubov məlumat verib:

"Qardaşım Bakıdan gələn gün vəziyyəti ağırlaşdı. Xəstəxanaya gətirdik, məlum oldu ki, infrakt keçirib. Həkimlər deyirlər ki, vəziyyəti orta ağırdır".

Qeyd edək ki, R.Yusubovun 14 yaşlı qızı Gülbahar Əhmədova sentyabrın 23-dən itkin düşüb. Ailənin ilkin ehtimalına görə azyaşlı qızı rayonun Mikayıllı kəndindən olan kürəkənləri, 26 yaşlı Ələmdar Məmmədov qaçırıb.(olke.az)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR