"Qala Həyat Sığorta"nın sədri dəyişib

"Qala Həyat Sığorta"nın sədri dəyişib
10:47 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Qala Həyat Sığorta" ASC-nin Direktorlar Şurasına (DŞ) yeni sədr seçilib. Şirkətdən "Report"a verilən məlumata görə, söhbət Kamal İbrahimovdan gedir.
O, bu vəzifədə Fuad Quliyevi ("Qala Həyat"ın əsas səhmdarı olan "AzRe Təkrarsığorta" ASC-nin İdarə Heyətinin sədri) əvəz edib.
Xatırladaq ki, K.İbrahimov indiyə qədər "AB Standard" QSC-yə daxil olan "Bank Standard" QSC-nin Müşahidə Şurası və "Standard Insurance" ASC-nin DŞ-nin sədri olub. Bununla belə, "Standard Insurance"dən "Report"a bildirilib ki, K.İbrahimovun yeni təyinatı barədə məlumatsızdırlar və o, hələ də, DŞ-nin sədri vəzifəsində qalıb.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/qala-heyat-sigorta-in-sedri-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR