Gürcüstan parlamentində üç partiya təmsil olunacaq – SON NƏTİCƏLƏR

Gürcüstan parlamentində üç partiya təmsil olunacaq – SON NƏTİCƏLƏR
10:58 10 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanda keçirilən parlament seçkilərin nəticələrinə görə, üç partiya qanunverici orqanda təmsil olunacaq.

Publika.az “İnterfaks-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bunlar “Vətənpərvərlər Alyansı”, “Gürcü arzusu” hakim partiyası və Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” partiyasıdır.

Bu, seçki bülletenlərinin 99,9 faizinin sayılmasından sonra məlum olub. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Gürcü arzusu” 48,6, Vahid Milli Hərəkat” 27,14, “Vətənpərvərlər Alyansı” isə 5 faiz səs toplayıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR