Türkiyəni kürdlərə verdilər, Azərbaycanı isə... – Qərbin yanlışı, yoxsa hədəfi?

Türkiyəni kürdlərə verdilər, Azərbaycanı isə... – Qərbin yanlışı, yoxsa hədəfi?
11:03 10 Oktyabr 2016
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Almaniyada “reİF magazin” adlı jurnal Türkiyə xəritəsini Şimali İraq Kürd Muxtariyyətinin bayrağı ilə işarələyib.

Publika.az
xəbər verir ki, jurnal Avropadan kənar coğrafiyalarda çoxluq təşkil edən etnik qruplarla bağlı araşdırma aparıb.

Araşdırmada Türkiyə xəritəsi kürdlərin torpaqları kimi təqdim olunub.

Jurnal iddia edib ki, Türkiyədəki kürdlər Kürd Muxtariyyətinin bayrağını qaldırırlar.

Araşdırmada digər ölkələrdə hansı etnik azlığın çoxluq təşkil etdiyi də qeyd olunub. Ən diqqət çəkən isə türklərin çox yaşadığı ölkələr kimi Almaniya, Fransa, Bolqarıstan və Yunanıstanla yanaşı, Azərbaycanın da adının bu siyahıda olması və xəritəsinin Türkiyə bayrağı ilə işarələnməsidir. Araşdırmaçılar digər ölkələrdən fərqli olaraq, Azərbaycanın əslində türk dövləti olduğunu bilmirlər. Yaxud bilərəkdən, türkləri bu torpaqlara sonradan gələn etniklər olaraq göstəriblər.

Almaniyada yaşayan türklər jurnalın bu araşdırmasına etiraz edib.

Asif

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR