Ata olmağı gözləyirdi, şəhid oldu - FOTO

Ata olmağı gözləyirdi, şəhid oldu - FOTO
11:12 10 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gün Türkiyədə, Hakkaridə növbəti terrakt törədilib. Terror nəticəsində 10 əsgər şəhid olub.

Milli.Az NTV-yə istinadla bildirir ki, Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində "Durak Jandarma" hərbi postuna bomba yüklü avtomobillə hücum nəticəsində şəhid olan əsgərlərdən birinin həyat yoldaşının 4 aylıq hamilə olması barədə məlumat əldə edilib.

Çavuş Bayram Aksunun ölüm xəbəri onun ailəsini yasa boğub. Qara xəbəri eşidən qohumlar və qonşular şəhidin evinə yığışıblar. Xanımı hamilə olan çavuşun şəhid düşməsi hər kəsi məyus edib.

Milli.Az şəhidin yas mərasimindən çəkilən fotoları təqdim edir:

Bəxtiyar Umarlı
Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477844.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR