Gürcüstanda keçirilən parlament seçkilərində üç erməni əsilli namizəd qalib gələrək deputat adını qazanıb.
Milli.Az bildirir k, bu barədə azvision.az erməni KİV-nə istinaən xəbər verir.
Seçki nəticələrinə əsasən Henzel Mkoyan, Samvel Manukyan və Ruslan Pogasyan 2016-2020-ci illərdə Gürcüstan parlamentinin deputatları olacaq.
Hər üç namizəd "Gürcü arzusu" partiyasının namizədləridir.
Gürcüstanda keçirilən seçkilərdə Azərbaycan əsilli deputatlar da səs vermədə qalib gələrək deputat adını qazanıb. Savalan Mirzəyev və Ruslan Hacıyev Gürcüstan parlamentinin deputatı adını qazanıblar.
Qeyd edək ki, Gürcüstan keçirilən parlament seçkilərinin nəticələri bəlli olub.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, "Gürcü Arzusu" 48,61%, Vahid Milli Hərəkat Partiyası 27,04% səs toplayıb.
Son nəticələrə görə "Vətənpərvərlər Alyansı" 4,99% səs toplayıb və 5%-lik baryeri aşa bilməyib. "Azad Demokratlar" 4,59%, Leyboristlər Partiyası 3,12%, Respublikaçılar Partiyası isə 1,55% səs toplayıb.
Milli.Az