Rüştü Reçberdən Fatih Terim haqda ŞOK SÖZLƏR

Rüştü Reçberdən Fatih Terim haqda   ŞOK SÖZLƏR
11:17 10 Oktyabr 2016
84 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçber millinin baş məşqçisi Fatih Terimi istefaya çağırıb. Fanat.Az xəbər verir ki, o, bu barədə "Hürriyət" qəzetindəki köşə yazısında yazıb.


Rüştü Reçber ötən axşam İslandiyaya yenilən komandanın baş məşqçisi ilə bağlı sərt ifadələr işlədib. "Hörmət və sevgi ilə deyil, qorxu və təhdidlə qazanmağa çalışan Fatih Terim, son 3 ildi heç bir şey vermədiyin Türk futboluna bəlkə də ən böyük xeyiri təqaüdə çıxmaqla verə bilərsən" yazıb. 


Rüştü Reçber "Artıq sənə inanmırıq" başlıqlı yazısında bunları qeyd edib: "Hər matça ölkənin milli komandasını xaos içində hazırlamağı qarşısına məqsəd qoymuş, özü ilə mübarizə aparan, hətta söylədiklərinin mənasını anlamayan hala gələn bir ombudsmana bənzəyən, ölkə içində mübahisəyə çevrilən, hörmət və sevgi ilə deyil də, qorxu və təhdidlə qazanmağa çalışan Fatih Terim, son 3 ildi heç bir şey vermədiyin Türk futboluna bəlkə də ən böyük xeyiri təqaüdə çıxmaqla verə bilərsən".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rutu-recberdn-fatih-terim-haqda-t53223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR