Təyyarədə futbolçularımıza sürpriz edildi - video

Təyyarədə futbolçularımıza sürpriz edildi - video
11:26 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Oktyabrın 10-da DÇ-2018-in seçmə mərhələsində Çexiya yığması ilə səfər görüşünə gedən millimizi aparan təyyarədə nasazlıq yaranıb və az sonra problem aradan qaldırılıb.

Axşam.az APA TV-yə istinadən xəbər verir ki, bundan sonra təyyarənin göyərtəsində maraqlı anlar yaşanıb.

Həyəcanı aradan qaldırmaq üçün stüardessalardan biri milli komandanın hər bir üzvünün adını çəkməyə başlayıb. Bu futbolçularımız və texniki heyətin alqışları ilə müşayiət olunub.

İlk iki turda maksimum nəticə göstərən yığmamıza Çexiya səfərində də uğurlar arzulayan xanım bələdçi buna inandığını söyləyib.

Yığmamızı aparan təyyarə Çexiyanın Ostrava şəhər aeroportuna uğurlu eniş enib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR