Bakıda faciə: qadın maşınla kişinin üstündən keçdi

Bakıda faciə: qadın maşınla kişinin üstündən keçdi
11:27 10 Oktyabr 2016
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, paytaxt sakini, 1973-cü il təvəllüdlü Manafova Pərvin Əli qızı idarə etdiyi "Baic" markalı, 90 AU 871 dövlət qeydiyyat nişanlı avtomobillə 3-cü mikrorayon Asif Məhərrəmov küçəsində 1952-ci il təvəllüdlü Rövşən Qasımovun üstündən keçib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb və oktyabrın 8-də o, xəstəxanada vəfat edib.  

İlkin araşdırma zamanı P.Manafovanın idarə etdiyi avtomobilin Murtuza Muxtarov küçəsində qeydiyyatda olan MMC-yə məxsus olduğu müəyyən edilib. Bəlli olub ki, P.Manafovanın sürücülük vəsiqəsi yoxdur və heç bir sənəd olmadan nəqliyyat vasitəsini idarə edirmiş.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR