Yükdaşıma qiymətləri bahalaşdı

Yükdaşıma qiymətləri bahalaşdı
11:28 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,4 faiz bahalaşıb.

Publika.az xəbər verir ki, cari ilin sentyabr ayında avqust ayına nisbətən yükdaşıma qiymətləri 1,5 faiz qalxıb. Boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiymətində müvafiq olaraq 2,1 və 1,6 faiz, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 1,6 faiz, dəniz nəqliyyatında 1,8 faiz, avtomobil nəqliyyatında 0,6 faiz bahalaşma baş verib. Ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.

İqrisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/iqtisadiyyat/171575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR