"Nardaran işi" üzrə daha bir istintaq başa çatdı

"Nardaran işi" üzrə daha bir istintaq başa çatdı
11:37 10 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər şəxslərin barələrində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, vəkillər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş məhkəməyə göndəriləcək.

Qeyd edək ki, ötən il Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində "Müsəlman Birliyi" hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıblar.
 
Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 nəfər isə qəsəbə sakini həlak olub.
 
Saxlanılan şəxslərin cinayət işi üzrə istintaq 2 yerə ayrılıb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov və digər 18 nəfərin məhkəməsi davam etdirilir. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR