Qızların ağlını alan kişi yazarlar – FOTOLAR

Qızların ağlını alan kişi yazarlar – FOTOLAR
11:48 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Yazdıqları qədər görünüşləri ilə də diqqət çəkən yazarlar var. Hansı ki, yaraşıqları, xarizmaları dillərə dastan olub.

Publika.az da bu yaraşıqlı yazarları təqdim edir:

1. Nazim Hikmət

Картинки по запросу Nazim Hikmet

Türk yazarı Nazım Hikmət ədəbiyyatın ən istedadlı və güclü yazarlaından biri olduğu qədər həm də ən yaraşıqlı və şorgözlərindən idi. O, Piraye, Semiha Berksoy, Vera, Yelena Yurçenko kimi xanımlarla eşq macəraları yaşayıb. Piraye ilə birlikdə olduğu dövr Semiha Berksoyla əlaqəsi var idi. Hətta eyni vaxtlar yaşanan bu iki əlaqəni belə bir misra ilə söyləyib:

“Bir könüldə iki sevda ola bilməz

yalan,

ola bilər”.

2. Cazibədarlığın pik nöqtəsi Albert Camus

Albert Camus hər cür bacarığı olan yazar idi. “Həyat və əxlaq haqqında bildiyim hər şeyi futboldan öyrəndim”, - deyən filosof bir müddət futbolla məşğul olub və 46 yaşında dünyasını dəyişib.

3. Dünya ədəbiyyatının ən yaraşıqlı hesab edilən yazarı Frensis Skott Fitscerald

Frensis Skott Fitscerald yaraşığı, yaxşı yazarlığı ilə aşiq olunacaq kişi modeli ola bilər. Onun maddi cəhətdən çətin həyatı olmasa da, mənəvi olaraq çətin bir həyatı yaşayıb. Odur ki, həyat yoldaşı Zelda ilə daim problem yaşadığı söylənilir. Zelda üçün “müvəffəqiyyətli bir kişinin həyatını məhv edən qadınlara ən yaxşı nümunə”, - deyirdilər.

4. Saqqalsız yaraşıqlı Cek Keruak

Bit cərəyanının qurucusu və "Yolda" (On the Road) adlı romanıyla tanınan yazar əsasən çılğın xarakteri ilə bilinir. 47 yaşında hədsiz spirtli içki içdiyi üçün serrozdan dünyasını dəyişib.

5. Sadəliyi ilə bilinən Den Braun

Kitabları əllərdən düşməyən yazıçı Den Braun qəribə cazibədarlığı, sadə xarizması ilə seçilir. Kitablarındakı sənət-din-elm üçbucağının mükəmməl təsvirində ilahiyyat musiqiçisi olan anasının və alim atasının böyük təsiri var.

6. Yaşı ötdükcə daha da cəlbedici olan Nil Qeyman

Məşhur ingilis yazıçı, qrafiki romanların və komikslərin müəllifi, ssenarist Qeyman yaşı artdıqca daha da yaraşıqlı olanlar arasındadır. 55 yaşlı yazar müğənni Amanda Palmer ilə evlidir və bir oğlu var.

7. Baş döndürən yaraşığı olan Oskar Uayld

Oskar Uayld yaşadığı dövrdə olduqca müasir insan olub. Biseksual olaraq bilinən Uayld həm qadınların, həm də kişilərin maraq dairəsində yer alıb. O, heç bir qanunla yaşamayan olduqca sərbəst insan idi.

Dilrubə Vaqifzadə


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/171573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR