Türmə rəsinin maşınına qumbara atılıb

Türmə rəsinin maşınına qumbara atılıb
12:05 10 Oktyabr 2016
24 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda "Vanadzor" cəzaçəkmə müəssisəsinin rəisi Qevork Mkrtçyanın avtomobili qumbara ilə partladılıb.

Milli.Az azvision.az -a istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda deyilir. 

Komitənin məlumatına görə, cinayətkar Mkrtçyanın Vanadzordakı iqamətgahının qarşısında dayanan xidməti avtomobilinə qumbara atıb. Partlayış nəticəsində beton örtük və maşına zərər dəyib. 

Hadisə yerinə keçirilən baxış zamanı qumbaranın qalıqları aşkarlanıb. 

Faktla bağlı cinayət işi başladılıb. Qevorq Mkrtçyan zərərçəkmiş hesab olunub və ondan izahat alınıb. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR