Türkiyənin "Garanti Bank"ı Rusiya törəməsini satıb

Türkiyənin "Garanti Bank"ı Rusiya törəməsini satıb
12:17 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ Türkiyənin aktivlərinə görə ikinci böyük bankı olan "Garanti Bank"ı öz törəmə qurumu - "Garanti Bank-Moskva"nı Rusiyanın "Sovkombank" kommersiya bankına satıb. "Report"un "RBK" agentliyinə istinadən verdiyi xəbərə görə, "Sovkombank" törəmə türk bankının 100% səhmini 40,455 mln. ABŞ dollarına alıb. Anlaşmanın müvafiq qanunverici orqanların icazəsindən sonra tamamlanacağı bildirilir.
Xatırladaq ki, "Garanti Bank-Moskva" 1995-ci ildə təsis olunub. 2016-cı ilin sentyabr ayına Bank, "Banki.ru" portalının hesabatına əsasən Rusiya banklarının siyahısında aktivlərin böyüklüyünə görə 278-ci yeri tutub. Bankın nizamnamə kapitalı isə 441,15 mln. rubl və ya 7,11 mln. dollar təşkil edib. Bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Əsas profili isə ölkədə fəaliyyət göstərən türkiyəli korporativ müştərilərə xidmət göstərmək olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR