İrandan gələn Azərbaycan vətəndaşının əl yükündə psixotrop maddə aşkarlanıb

İrandan gələn Azərbaycan vətəndaşının əl yükündə psixotrop maddə aşkarlanıb
12:17 10 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun əl yükünə gömrük baxışı keçirilib. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, baxış zamanı vətəndaşa məxsus qarışıq ərzaq məhsulları olan əl yükünün içərisində, gömrük nəzarətinə bəyan olunmamış iki ədəd plastik flakonda, “Tramadol” adlı dərman preparatı - cəmi 554 həb aşkar edilib.
Bildirək ki, “Tramadol” preparatı Azərbaycanda “Güclü təsir edən maddələrin Siyahısı”na daxildir və aşkar olunan 554 həbdə tramadoloun təsiredici maddəsinin ümumi miqdarı 83,1 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/i-randan-gelen-azerbaycan-vetendasinin-el-yukunde-psixtrop-madde-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR