Böyük şərqşünas alim Aida İmanquliyevanın əziz xatirəsi ehtiramla anılıb - FOTO

Böyük şərqşünas alim Aida İmanquliyevanın əziz xatirəsi ehtiramla anılıb - FOTO
12:27 10 Oktyabr 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.

Milli.Az Trend-ə istinadən bildirir ki, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri bu gün II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanın Aida İmanquliyeva kimi tanınmış ziyalı xanımlarının olması çox vacibdir: "Biz müsəlman ölkəsiyik. Dünyada stereotiplər var ki, müsəlman xanımları o qədər də fəal deyillər, amma Aida xanım hamıya sübut etdi ki, əsl şərq xanımı necə olmalıdır. Xüsusilə Aida xanım kimi şərqşünaslıq sahəsində öz sözünü deyən, elmi fəaliyəti ilə tanınan ilk Azərbaycan qadının olması çox böyük nailiyyətdir. Aida xanım Azərbaycan elmi üçün çox böyük töhfələr verib. Aida xanım tanınmış alim olmaqla yanaşı, çox gözəl bir pedaqoq idi. Aida xanım böyük bir məktəb yaratdı və bu gün də onun davamçıları var".

H.Hüseynova bildirib ki, Aida xanım tanınmış bir alim olmaqla yanaşı, gözəl ana və gözəl həyat yoldaşı idi: "Aida xanımın bizim cəmiyyət, ölkəmiz üçün bəxş etdiyi iki gözəl xanım bu gün Azərbaycanı beynəlxalq aləmdə təmsil edir və bir çox gənc qızlar onları nümunə götürərək formalaşır, inkişaf edirlər. Bir ailədə öz elmi və ictimai fəaliyyətləri ilə tanınan xanımların olması doğrudan da Azərbaycanın fəxridir. Bir daha Aida xanıma Allahdan rəhmət diləyirəm, qəbri nurla dolsun".

Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva 10 oktyabrın institutun kollektivi üçün çox önəmli gün olduğunu xatırladıb: "Artıq 25 ildir ki, biz Aida xanımın doğum gününü onsuz qeyd edirik. Sağlığında həmişə oktyabrın 10-da biz, bütün institut kollektivi, tələbələri Aida xanımın başına yığılardıq, bu günü çox böyük fərəhlə qeyd edərdik. Ancaq təəssüf ki, biz 25 ildir Aida xanımın ad gününü onun məzarı başında keçiririk. Bu 25 ildə biz hər zaman Aida xanımı böyük sevgi ilə xatırlayırıq. Aida xanım bizim institutumuzun həyatında silinməz iz qoyub və onun həyatdan vaxtsız getməsi bütün kollektivimiz üçün çox böyük sarsıntı oldu. O gündən biz Aida xanımın xatirəsini əziz, adını uca tuturuq, onun əsərlərini yenidən çap edirik. Bu illər ərzində Aida xanımın xatirəsinə həsr olunmuş bir sıra konfranslar keçirilib, kitablar nəşr edilib, əsərləri xarici dillərə tərcümə olunub. Aida xanımın yaradıcılığı haqqında saatlarla danışmaq olar. Mütəxəssislər çox yaxşı bilirlər ki, Aida xanım şərqşünaslıq sahəsində nə qədər böyük işlər görüb. Aida xanım elm sahəsində silinməz iz qoyub. Onun həyatdan getməsi böyük itki oldu. Bizim üçün təsəlli yalnız odur ki, Aida xanım öz əsərlərində, qəlblərdə, xatirələrdə yaşayır və daim yaşayacaq. Allah rəhmət etsin, qəbri nurla dolsun!".

Qeyd edək ki, Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsini bitirən Aida İmanquliyeva 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib. Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçidən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlib. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü idi. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida İmanquliyeva Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri olub.

Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlayıb. Üç monoqrafiya ("Mixail Nuaymə və "Qələmlər birliyi", Moskva,1975; "Cübran Xəlil Cübran", Bakı, 1975; "Yeni ərəb ədəbiyyatının korifeyləri", Bakı, 1991) və 70-dən artıq elmi məqalənin müəllifi olan İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub.

Milli.Az














RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Çin oktyabrın 1-dən Şimali Koreyaya neft nəqlini məhdudlaşdıracaq

23 Sentyabr 2017 08:07

Bakıda qardaş bacısını döyərək bıçaqlayıb

23 Sentyabr 2017 08:02

Tütünün zərərlərini yox edən effektiv üsullar

23 Sentyabr 2017 07:53

“Müsəlman qardaşlar”ın sabiq başçısı vəfat etdi

23 Sentyabr 2017 07:24

Seksual tələbat olmayan dünya necə olardı?

23 Sentyabr 2017 07:13

Kolumbiyada 200 milyon dollarlıq kokain partiyası müsadirə olunub

23 Sentyabr 2017 07:02

DİN-ə yeni səlahiyyət verildi

23 Sentyabr 2017 06:54

Donald Tramp: "KXDR lideri ilə işi çoxdan bitirmək lazım idi"

23 Sentyabr 2017 06:52

İran ballistik raket buraxdı

23 Sentyabr 2017 06:38

Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb

23 Sentyabr 2017 06:27

Məşhur aktyor iki nəfərin ölümündə günahlandırılır

23 Sentyabr 2017 06:24

XİN rəhbəri: "Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə böyük önəm verir"

23 Sentyabr 2017 05:43

Meksikada zəlzələ qurbanlarına yardım aparan vertolyot qəzaya uğrayıb

23 Sentyabr 2017 05:42

Polis hissələrindən başqa quruma keçən əməkdaşların vəzifə maaşı saxlanılacaq

23 Sentyabr 2017 05:22

Giləzi və Sitalçayda 1 147 ədəd partlamamış hərbi sursat tapılıb

23 Sentyabr 2017 04:52

Metronun Memar Əcəmi stansiyası yaxınlığında bıçaqlanma olub

23 Sentyabr 2017 04:47

Rusiyada ağır qəza: 9 ölü

23 Sentyabr 2017 04:43

Toy gecəsi gəlin öldü, bəy türməyə girdi

23 Sentyabr 2017 04:39

İran yeni ballistik raketi sınaqdan keçirdi

23 Sentyabr 2017 04:14

18 yaşlı qızı ilan sancdı

23 Sentyabr 2017 04:09

Ağcabədidə qəza: 1 ölü, 1 yaralı

23 Sentyabr 2017 04:04

Selfi ilə özünü biabır edənlər - FOTOLAR

23 Sentyabr 2017 04:03

Səudiyyə Ərəbistanında din xadimi qadınlar haqqında dediklərinə görə işdən kənarlaşdırılıb

23 Sentyabr 2017 04:02

"Yuventus" ötən maliyyə ilində 563 milyon avro məbləğində rekord gəlir əldə edib

23 Sentyabr 2017 04:02

Azərbaycan ağır atletlərinin Avropa birinciliyindəki çıxış cədvəli açıqlanıb

23 Sentyabr 2017 03:02

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 02:58

Krasnodarda küçənin ortasında azərbaycanlı ölüb

23 Sentyabr 2017 02:52

Türkiyədə kənd muxtarı silahlı hücum nəticəsində öldürüldü

23 Sentyabr 2017 02:49

Ağdaşda canavarlar mal-qaranı parçaladı

23 Sentyabr 2017 02:38

Samir Abasov: "Bəxtimiz gətirsəydi xal ala bilərdik”

23 Sentyabr 2017 02:17

Hafiz Hacıyevin qızının maşını cərimə meydançasına aparıldı - AVTOXULİQANLIĞA GÖRƏ

23 Sentyabr 2017 02:04

Çəkiliş zamanı jurnalist 3-cü mərtəbədən aşağı... - VİDEO

23 Sentyabr 2017 01:58

Azərbaycana payız gəlib

23 Sentyabr 2017 01:50

OPEK nazirləri yenə yığışır

23 Sentyabr 2017 01:35

Azərbaycanlı müğənni oğluna məclis qurdu - FOTOLAR

23 Sentyabr 2017 01:29

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 293 nəfərə çatıb

23 Sentyabr 2017 01:17

Neymar oynamayacaq

23 Sentyabr 2017 01:15

AÇ-2017: İlk gündə 7 oyun - NƏTİCƏLƏR

23 Sentyabr 2017 01:13

Məmmədyarov: "Bakı Bəyannaməsi multikulturalizmin ekstremizm və ksenofobiyaya qarşı mübarizə vasitəsi kimi təşviqində rəhbər prinsipə çevrilməlidir"

23 Sentyabr 2017 01:07

Qətər Suriya hakimiyyətinə çağırış etdi

23 Sentyabr 2017 01:00

Türkiyədə Nazirlər Kabinetinin toplantısı başa çatdı

23 Sentyabr 2017 00:55

ABŞ-da ardıcıl iki zəlzələ

23 Sentyabr 2017 00:54

Canlı yayıma sərxoş çıxan deputat aparıcının üstünə... - VİDEO

23 Sentyabr 2017 00:53

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 00:52

Rusiya ordusu Suriyada terrorçu təşkilatlara məxsus 96 min obyekti məhv edib

23 Sentyabr 2017 00:35

Gəlin namizəd erməni ilə... - FOTO/VİDEO

23 Sentyabr 2017 00:28

Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçlayıb

23 Sentyabr 2017 00:27

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb -

23 Sentyabr 2017 00:27

Bakıda "Mercedes" yandı

23 Sentyabr 2017 00:23

Almaniyada siyasətçilərə müəmmalı məktublar göndərilib

23 Sentyabr 2017 00:16