Aygün Kazımova Brillianat Dadaşovaya söz atdı - video

Aygün Kazımova Brillianat Dadaşovaya söz atdı -  video
12:51 10 Oktyabr 2016
80 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Kazımova illərdir küsülü olduğu həmkarı Brilliant Dadaşovaya söz atıb.

Axşam.az-ın məlumatına görə, müğənni B.Dadaşovanın bir müddət əvvəl dediyi “Konsert zamanı zalı doldura bilmədiyi üçün məcburən jurnalistləri götürüb, mənim doldurduğum zala gəlmişdi” sözlərinə münasibət bildirib.

Onun əslində konsert vermədiyi, həmin gecəyə qonaq kimi dəvət edildiyi bəlli olub.

Aparıcı Ranar Musayev “Mənim evimdə arxiv var. Videolara baxdıq ki, Aygün xanım orda konsert vermirmiş, ora qonaq kimi gəlib, diqqət cəlb edib” söyləyib.

A.Kazımova B.Dadaşovanın ünvanına bunları deyib:

“Mənim alın yazım belədir, harda oluramsa, ikinci insan mənim "fonumda" qalır. Məni harasa dəvət etmək istəyirsinizsə, bunu yaxşı düşünün. Özünüzü kölgədə görmək istəmirsinizsə, məni tədbirlərinizə çağırmayın”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR