AZTV-nin aparıcısının evindən oğurluq edilib

AZTV-nin aparıcısının evindən oğurluq edilib
13:06 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakıda jurnalistin evindən oğurluq olub.

Axşam.az-ın "Report"a istinadən məlumatına görə, ötən gün axşam saatlarında jurnalist Aydın Piriyevin Yasamal rayonunda yerləşən mənzilindən oğurluq edilib.

Zərərçəkənin sözlərinə görə, oğru və ya oğrular onun mənzilinə pəncərəni sındırıraq daxil olub. Mənzildən qızıl-zinyət əşyaları, noutbuk və qol saatları oğurlanıb. A.Piriyev faktla bağlı Yasamal Rayon Polis İdarəsinə (RPİ) müraciət edib. Araşdırma aparılır.

Qeyd edək ki, A.Piriyev AZTV-də yayımlanan "Parlaq Zəka" verilişinin aparıcısı və layihə rəhbəridir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR