Sabah hava necə olacaq? Yağış, külək...

Sabah hava necə olacaq? Yağış, külək...
13:13 10 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 20-23, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Bəzi bölgələrdə də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 21-26 dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/171598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR