Fransa XİN Olland və Putinin görüşü üçün şərtləri açıqlayıb

Fransa XİN Olland və Putinin görüşü üçün şərtləri açıqlayıb
13:17 10 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Fransa prezidenti Fransua Olland rusiyalı həmkarı Vladimir Putinlə görüşüb-görüşməyəcəyi barədə qərarı Hələb və Suriyadakı vəziyyəti nəzərə alaraq qəbul edəcək".
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Mark Eyro deyib.
"Fransa prezidenti rusiyalı həmkarı ilə görüşmək qərarına gələrsə, bu, lütfkarlıq xətrinə yox, həqiqətləri söyləmək üçün olacaq", - deyə XİN başçısı bildirib.
Qeyd edək ki, daha əvvəl Fransa prezidenti Rusiya dövlət başçısının oktyabrın 19-da Parisə səfəri zamanı onunla görüşmək üçün vaxt tapa biləcəyinə əmin olmadığını söyləyib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/fransa-xi-n-olland-ve-putinin-gorusu-ucun-sertleri-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR