Bakı. 10 oktyabr. REPORT.AZ/ Rusiyanın "Rusaqrotrans" QSC və "Azərbaycan Dəmir Yolları" QSC-nin birgə yaratdığı "Azrustrans" müştərək müəssisəsi Azərbaycan tərəfindən yenidən qurulmuş nəqliyyat dəhlizləri, Bakı-Tbilisi -Qars və Şimal-Cənub dəhlizləri, habelə Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında dəmir yolu daşımalarının həcmini artırmağa imkan verəcək.
"Report" xəbər verir ki, bunu Bakıda "Azrustrans" şirkətinin təqdimatı zamanı şirkətin rəhbəri Cavid Quliyev deyib.
"Rusiya-İran, Rusiya-Gürcüstan və Rusiya-Türkiyə istiqamətində də taxıl daşımaları daha perspektivli ola bilər", - deyə C.Quliyev əlavə edib.