İdmançımız dünya çempionu oldu

İdmançımız dünya çempionu oldu
13:27 10 Oktyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan samboçusu Yaşar Nəcəfov Rumıniyanın Ploieşti şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatının qızıl medalına sahib çıxıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 56 kq çəkidə yarışan idmançı həlledici döyüşdə gürcüstanlı Saba Qriqalaşvilini məğlub edib. 

Bu, Azərbaycanın çempionatda əldə etdiyi yeganə medal olub. 

Qeyd edək ki, dünya çempionatında baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında yeniyetmələrdən Əliş Yusifov (48 kq), Murad Əliyev (52 kq), Yaşar Nəcəfov (56 kq), Fuad Məmmədov (60 kq), Bahadur Əskərov (65 kq), Aydın Ələkbərov (70 kq) və Əli Nəzərli (75 kq), gənclərdən isə Yusif Nəbiyevlə (62 kq) Röyal Zeynalov (82 kq) iştirak edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR