Bak sakini bıçaqlandı

Bak sakini bıçaqlandı
13:42 10 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, C.Naxçıvanski küçəsi ev 28 ünvanının qarşısında Bakı şəhər sakini 1996-ci il təvəllüdlü Zaur Ələsgərov mübahisə zəminində 1964-cü il təvəllüdlü Fəttah Allahverdiyevə bıçaqla xəsarət yetirib.

F.Allahverdiyev 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Hüquq orqanlarının əməkdaşları Z.Ələsgərovu tutub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/477930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR