10 yaşlı “Üns”

10 yaşlı “Üns”
13:48 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

2006-cı ildə Bakıda Azərbaycan tamaşaçısının dostuna çevrilən, bir teatr fəaliyyətə başladı: “Üns” Yaradıcılıq Səhnəsi.

Publika.az xəbər verir ki, “Üns” Teatrı 10 yaşını qeyd edir. Layihə görkəmli şərqşünas alim, tərcüməçi, filologiya elmləri doktoru Aida İmanquliyevanın xatirəsinə ithaf olunub. “Üns” Yaradıcılıq Səhnəsinin yaradıcısı və bədii rəhbəri "Azərbaycan mədəniyyətinin dostları" xeyriyyə fondunun İdarə heyətinin üzvü, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı Filialının rektoru, İngiltərə - Azərbaycan cəmiyyətinin həmsədri, professor Nərgiz Paşayevadır. Layihənin əsas məqsədlərindən biri Azərbaycanın zəngin teatr sənətinə daha bir yenilik gətirmək, incəsənət və mədəniyyətdə Şərq və Qərb mədəniyyətinin sintezinin bədii əksinin göstərməkdir.

Zəngin ənənələri olan Azərbaycan teatrı bu gün özünün yeni inkişaf dövrünü yaşayır.

10 il öncə əsası qoyulan bu nəcib təşəbbüs də milli səhnə mədəniyyətimizin dünya teatr sənəti ilə inteqrasiyası yolunda əhəmiyyətli addım idi.

10 il əvvəl açılış mərasimində “Üns Yaradıcılıq Səhnəsi” layihəsinin müəllifi və rəhbəri, professor Nərgiz Paşayeva teatrın yaranma səbəblərini belə açıqlamışdı: “Azərbaycanda 150 illik bir dövrdə milli səhnəmiz zəngin teatr məktəbini formalaşdırmış və ənənələr yaratmışdır. Böyük aktyorlar Şərq mədəniyyəti üçün ənənəvi olmayan sahədə böyük uğurlar qazanmış, özlərindən sonra məktəb və ənənə qoymuşlar. “Üns Yaradıcılıq Səhnəsi”nin əsas məqsədlərindən biri Azərbaycanda teatr sənətinin zəngin ənənələrinə əsaslanaraq onu indiki, müasir səviyyəyə qaldırmaq, bir növ ənənəni və yeniliyi birləşdirməkdir”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/171596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR