MTRŞ: Bəzi serialların az qala yarısı gizli-açıq reklamdır

MTRŞ: Bəzi serialların az qala yarısı gizli-açıq reklamdır
14:02 10 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

"Çayxananın, lap supermarketin reklam edilməsi ciddi və baxımlı kanala yaraşmaz"
Bakı. 10 oktyabr. REPORT.AZ/ "Bəzi kanallar xəbər buraxılışlarında reklam xarakterli süjetləri adi xəbər kimi kimi yayımlamaqla onun reklam mahiyyətini gizlətməyə çalışırlar ki, bu da yolverilməzdir".
Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov "Report"a deyib.
Şura təmsilçisi vurğulayıb ki, bu, gizli reklam problemini aktuallaşdırır: "Həm də bu, manipulyasiyadır. Monitorinqlər göstərir ki, həmin reklam materialını yayımlamaq üçün kanalın normal saatlarda kifayət qədər limiti var. Xəbər buraxılışlarında məhəllə səviyyəsində - adi bir mağazanın, çayxananın, lap supermarketin reklam edilməsi ciddi və baxımlı kanala yaraşmaz".
T.Dadaşovun sözlərinə görə, kommersiya kanallarının yaşamaq üçün qazanc əldə etməli olduqları anlaşılandır və qanun da buna imkan verir: "Qanun hər saatın 12 dəqiqəsini reklama həsr etməyə icazə verir. Həmçinin, gün ərzində əlavə teleticarət blokları yayımlamağa da icazə verilir. Bəzən görürsən ki, serial arası fasilələrdə cəmi 2-3 dəqiqəlik reklam bloku yayımlanır. Amma di gəl ki, serialın özünün az qala yarısı gizli-açıq reklamdır. Bu kimi hallar efirin kommersiyalaşmasına gətirib çıxarır".  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR