Rusiya sərhədinə QOŞUN YERİDİLDİ: MÜHARİBƏYƏ HAZIRLIQ

Rusiya sərhədinə QOŞUN YERİDİLDİ: MÜHARİBƏYƏ HAZIRLIQ
14:03 10 Oktyabr 2016
129 Dünya
Ölkə mətbuatı
A- A+

Sentyabr ayında Belarusda genişmiqyaslı hərbi təlimlər baş tutudu. Təlimlər çərçivəsində dövlət sərhədlərinin gücləndirilməsi üçün şərti əməliyyatlar keçirildi, həmçinin şərti rəqibin hücumları dəf edildi.

Publika.az xəbər verir ki, “defence24” portalının eksperti Yuliuş Sabak “Polşa Radiosu”na müsahibəsində son təlimlərin spesifik xarakter daşıdığını deyib.

Onun sözlərinə görə, təlimlərin spesifikliyi onun ölkənin şərqində keçirilməsidir.

“Bu, tipik deyil, çünki Belarus hərbi təlimləri adətən Polşa sərhədinə yaxın ərazilərdə, NATO güclərinin mümkün təhdidinə qarşı keçirilir. Sonuncu təlimlər şərqdə keçirildi və bu azmış kimi təlimlərin hədəfi “separatçılar”a qarşı mübarizə idi. Ssenariyə əsasən, separatçılar Belarusun şərqində ərazini tuturlar. Belarus hərbçiləri, həmçinin Daxili İşlər Nazirliyinin bölmələri vətəndaşları qorumalı və nəticədə separatçılar, ya da “yaşıl adamçığazları” zərərsizləşdirilməli idilər. Yeri gəlmişkən, Belarus Müdafiə Nazirliyinin press-relizində “separatçılar” ifadəsindən hipotetik rəqib kontekstində ilk dəfə istifadə olunub. Bu, onu göstərir ki, Belarus şərq tərəfdən bu cür problemlərdən ehtiyat edir”, - ekspert bildirib.

Yuliuş Sabak hesab edir ki, bu təlimlər kifayət qədər ciddi siqnaldır: “Bu kifayət qədər mürəkkəb siyasi vəziyyətlə bağlı ola bilər. Belarus prezidenti Aleksandr Lukaşenko son zamanlar Rusiyadan daha çox hərbi və siyasi müstəqillik almağa çalışır. Bunu 2014-cü ildə Ukraynada baş verən hadisələrdən sonra müşahidə etmək olar. Belarus hakimiyyəti bu cür ssenaridən ehtiyat etməyə başlayıb. Minsk Baranoviç aviabazasının ərazisində güclü təyyarə bazasının tikintisini icazə vermədi. Lukaşenko “İskəndər” tipli raketləri Belarus ərazisində yerləşdirməkdən imtina etdi. Lukaşenko hərbi sənaye kompleksində daha müstəqil mövqe tutdu. Rusiya ilə əməkdaşlıq davam edir, ancaq Belarus şəxsi müdafiə sənayesi kompleksini baş ölkələrlə, məsələn Çinlə əməkdaşlıq edərək inkişaf etdirməyə çalışır. “Polonez” yeni raket sistemi bunun nəticəsidir”.

Ekspert qeyd edir ki, “yaşıl adamcığazlar” əhəmiyyətli rus azlığı yaşayan istənilən ölkədə çıxa bilər: “Belarusun milyondan çox vətəndaşı, xüsusilə ölkənin şərqində özlərini rusiyalı hesab edirlər. Buna görə də belə bir ssenari Lukaşenko tərəfindən olduqca ciddi qəbul olunur. Son təlimlər “separatçılara” dəqiq siqnalıdır ki, Lukaşenko bu ssenariyə hazırdır. Öz növbəsində, Rusiya Belarusa həm hərbi, həm də iqtisadi planda təzyiqi göstərməyə çalışır. Belarus və Ukrayna sərhədində Rusiya qoşunlarının genişmiqyaslı genişlənməsi bunu deməyə əsas verir. Beləliklə, Rusiya qoşunları hər iki dövlətə qarşı istifadə edilə bilər. Rusiya özünü enerji potensialından istifadə edir. Rusiya və Belarus arasında qiymət, həmçinin ödənişlərin hansı valyuta ilə olması haqqında mübahisələr səngiməyib və Rusiya ödənişin dollarla edilməsini istəyir”.

Qeyd edək ki, daha əvvəl “Espresso” nəşrinə müsahibəsində Üçtərəfli əlaqə qrupunun siyasi yarımqrupunda Ukraynanın keçmiş nümayəndəsi Roman Bezsmertnıy Rusiyanın Belarus və Qazaxıstanda münaqişələr hazırladığını bildirib.

Rusiya bu üç ölkədə münaqişə hazırlayır – İDDİA

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR