İcbari tibbi sığortanın baza zərfinə daxil olan xəstəliklərin sayı artırılacaq

İcbari tibbi sığortanın baza zərfinə daxil olan xəstəliklərin sayı artırılacaq
14:04 10 Oktyabr 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

Oktyabrın 10-da Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) Yevlax rayonunda İcbari Tibbi Sığorta Sisteminin (İTS) tətbiqi ilə əlaqədar rayon sakinləri ilə görüş keçirib.

Agentlikdən Lent.az-a verilən məlumata görə,  Yevlax rayon icra hakimiyyətinin başçısının müavini Elnarə Məmmədova bildirib ki, İTS-in pilot layihəsinin Yevlaxda həyata keçirilməsi sakinlərin tibbi xidmətlərə əlçatanlığını artıracaq, tibbi xidmətlərin keyfiyyətini yüksəldəcək.

 

Tədbirdə çıxış edən İTSDA direktoru Zaur Əliyev qeyd edib ki, 2016-cı ilin fevralından fəaliyyətə başlayan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması hökumətin sosial siyasətinin yeni istiqamətidir: “İcbari sığortanın tətbiqi səhiyyə sahəsində islahatların tərkib hissədir. Çünki İcbari Tibbi sığortanın tətbiqi səhiyyə sisteminin maliyyə potensialını gücləndirəcək”.

 

Z. Əliyev bildirib ki, Agentlik İcbari Tibbi Sığortanın baza zərfini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Baza zərfinə təqribən 1800-dən artıq müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Lakin dövlət proqramları tərəfindən dəstəklənən bir sıra xəstəliklərin müalicəsi İTS-in baza zərfinə daxil edilməyib. Gələcək illərdə həmin xəstəliklər üzrə də təminat vermək nəzərdən keçirilir: “Ümid edirik ki, layihə bu rayondan uğurla başlayacaq və qısa zamanda bütün ölkə ərazisində tətbiq olunacaq”.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR