"Müharibə? Nə müharibə?!" - FOTO

"Müharibə? Nə müharibə?!" - FOTO
14:05 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Vaxan dəhlizi" adlanan məkan Şərqi Əfqanıstanda, Bədəxşan vilayətinin Vaxan səmtindədir. Pamir, Vaxan və Pənc çayları arasında, uzunu təqribən 295 km, eni 15-57 km olan yüsək dağlıq ərazidir.

Milli.Az NBC-yə istinadən bildirir ki, Vaxan dəhlizində yaşayan vaxanlar dünyadan təcrid olunmuş həyat sürürlər. Burada ömür sürən 12 min vaxanın son vaxtlaradək bir məktəbi, apteki, poçtu, ərzaq dükanı, xəstəxanası və ya poliklinikası yoxdu.

Vaxanlar Əfqanıstanda baş verən hadisələrdən, "Taliban"ın hakimiyyətə gəlb devrilməsindən, ABŞ qoşunlarının ölkəni tərk etməsindən bixəbər yaşayırlar.

Tacikistan, Əfqanıstan və Pakistan arasındakı bu ərazidəki insanlar adi, sadə, hətta primitiv həyat sürürlər.

Tanınmış fotoqraf Erik Lafarq bu məkanda olaraq fotosessiya hazırlayıb. Lafarq Əfqanıstandakı savaşdan danışanda vaxanlardan biri deyib: "Müharibə? Nə müharibə?!"

Milli.Az

























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR