Ermənistan futbolunda biabırçılıq: millinin baş məşqçisi dəfn bürosunda işləyir

Ermənistan futbolunda biabırçılıq:  millinin baş məşqçisi dəfn bürosunda işləyir
14:17 10 Oktyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

Futbol  üzrə Ermənistan milli komandasının DÇ-2018-in seçmə mərhələsinə uğursuz başlaması ciddi narazılığa səbəb olub. Fanat. Az saytı xəbər verir ki, azarkeşlərin əsas hədəfi Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan və baş Varujan Sukiasyandır.


Ölkə ictimaiyyəti, Ayrapetyanı Yura Movsisyanın timsalında millinin bəzi üzvləri ilə münaqişə yaşamasına və onları yığmadan uzaqlaşdırmasına görə qınanır. 


Sukiasyanla bağlı məsələ isə əsil lətifə mövzusudur. Belə ki, Varujan millinin baş məşqçisi təyin edilənə qədər İrəvanda dəfin bürosunun direktoru vəzifəsində çalışıb. Daha doğrusu, bu işlə məşqçiliklə paralel olaraq məşğul olub. Lakin bu günlərdə onun əvvəlki sənətindən əl çəkmədiyi üzə çıxıb. Varujanın paxırının üstü Danimarkaya səfər zamanı açılıb. O, dəfn bürosunda çıxan problemi çözmək üçün telefonla danışmaqdan ötrü millinin avtobusunu saxlatdırıb.


Qeyd edək ki, Ermənistan millisi seçmə mərhələnin ilk oyununda səfərdə Danimarkaya (0:1), evdə isə Rumıniyaya uduzub (0:5).  


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR