"Münaqişələr ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır" - AŞPA sədri

"Münaqişələr ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır" - AŞPA sədri
14:29 10 Oktyabr 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

 

"Bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir".

 

 

APA-nın Avropa müxbiri xəbər verir ki, bu sözləri bu gün Strasburqda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk iş günündə qurumun sədri Pedro Aqramunt deyib.

 

 

Ukraynadakı vəziyyətdən danışan AŞPA sədri bütün üzv dövlətlərdəki münaqişələrinin həll edilməsinin vacibliyini vurğulayıb: "Bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir, bir daha xatırladıram, bütün münaqişələr... Dövlətlərin sərhədləri güclə deyil, yalnız ikitərəfli razılıq əsasında dəyişilə bilər.

 

 

Ukraynada baş verən münaqişə, Krımın ilhaq olunması, eyni zamanda, Gürcüstan, Moldova və Azərbaycandakı münaqişə qəbuledilməzdir. Avropalı olaraq, biz yaşadığımız ümumi məkanımızda baş verən münaqişələri həll etməliyik və burada parlament diplomatiyası siyasi danışıqları ruhlandırmaq istiqamətində adekvat vasitədir. Biz bizi ayıran fərqli fikirləri müzakirə edərək, bunu burada qarşı-qarşıya oturub çəkinmədən etməli, birlikdə çıxış yolları tapmalıyıq".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256096

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR