İTV-də “Uşaq mövsümü”

İTV-də “Uşaq mövsümü”
14:36 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

İTV-də “Uşaq mövsümü” adlı yeni veriliş yayıma başlayıb.

Axşam.az-ın məlumatına görə, proqramın aparıcılığını balaca model Ayxan Əlizadə edir.

Həftənin bazar günü saat 14:20-da efirə gedən proqramda Ayxan hər dəfə bir dostunu aparıcı kimi dəvət edir. Eyni zamanda verilişə tanınmış sənət adamları qonaq olacaq. Balacalar onlarla birlikdə müxtəlif mövzularda müzakirələr edəcək, öz fikirlərini bildirəcəklər.

Qeyd edək ki, “Uşaq mövsümü”nün təkrarı həftənin çərşənbə axşamı saat 14:20-də yayımlanacaq.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR